Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da yerləşən gəmiçilik şirkəti "UPS" bu il 48 000 işçinin ixtisar edildiyini bildirib.
Banco.az xəbər verir ki, "UPS" bu ilin üçüncü rübü üzrə mənfəətini açıqlayıb.
Şirkət bu ilin üçüncü rübündə UPS-in gəlirinin 21,4 milyard dollar olduğunu bildirdi.
Açıqlamada eyni zamanda şirkətin bir səhm üzrə qazancının da eyni dövrdə 1,74 dollar olduğu bildirilib.
UPS-in transformasiya strategiyası ilə bağlı məlumatların da paylaşıldığı açıqlamada, daha səmərəli iş modelinə qayıtmaq və biznesin bazar dinamikasına daha tez reaksiya verməsi üçün başladılan təşəbbüs çərçivəsində başda rəhbər vəzifələrdə olan təxminən 14 min adamın işdən çıxarıldığı ifadə edildi.
Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat işçi qüvvəsi təxminən 34 min nəfər azalıb.
Bu o deməkdir ki, "UPS" bu il ərzində ümumilikdə 48 min nəfəri işdən çıxarıb.

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    