Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikalıların sərvəti ilin birinci rübündə 148,8 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üzrə "ABŞ-ın Maliyyə Hesabları" başlıqlı hesabatını dərc edib.
Hesabatda qeyd olunub ki, bu ilin birinci rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 148,8 trilyon dollara yüksəlib.
İlin birinci rübündə əvvəlki rübə nəzərən 2 faiz artan ev təsərrüfatlarının sərvəti ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz azalıb.
Xatırladaq ki, ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2022-ci ilin I rübündə rekord səviyyə olan 152,6 trilyon dollara çatdıqdan sonra II rübdə 147,2 trilyon dollara, III rübdə isə 144,2 trilyon dollara qədər azalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!