Amerikalıların gəlirləri 3 ildə ilk dəfə azalıb | Banco.az

Amerikalıların gəlirləri 3 ildə ilk dəfə azalıb

Yanvar ayında amerikalıların gəlirləri 3 ildə ilk dəfə azalıb.

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, şəxsi gəlirlər Yanvarda 0.1% düşüb, xərclər isə 0.5% azalıb. Xərclər bununla da 2009-cu ilin Sentyabr ayından bəri ən böyük azalmanı qeyd edib.

Gözlənti gəlirlərdə 0.3% artım, xərclərdə 0.3% azalma olacağı istiqamətində idi. 

İstehlakçı xərclərindəki azalma iqtisadiyyatın ləngidiyinə işarədir. Yanvar ayı toplantısında faiz artırmaq məsələsində səbrli olacağını bildirən Fed rəsmiləri, faiz artırmaq üçün inflyasiyada və xərclərdə artıma baxacaqlarını açıqlayıblar.