Amerikalılar niyə köhnə model paltaryuyan maşınlardan istifadə edir? | Banco.az

Amerikalılar niyə köhnə model paltaryuyan maşınlardan istifadə edir?

Müəllif - Aida İsaq, Banco.az

Bəzən Amerika filmlərində üstü açıq paltaryuyanlardan hələ də istifadə olunduğunu görürük. Bəs avropalılardan fərqli olaraq amerikalıların bu cür modellərə olan sevgisi nədən qaynaqlanır?

Banco.az xəbər verir ki, üstü açıq paltaryuyan maşınların əsas üstünlüyü qiymətlərinin nisbətən sərfəli olmasıdır. Eyni zamanda onlar istifadə və funksiyalar baxımından olduqca sadədir. Texniki cəhətdəndən də daha az detallara sahib olması bu cür maşınların təmir prosesini də asanlaşdırır. Yuyulma zamanı unudulan camaşırı sadəcə yuxarıdan qapaq hissəni açmaqla əlavə etmək həmçinin daha qısa zaman sərf olunması sahibinə olduqca böyük komfort vəd edir. 

Lakin bu üstünlüklərlə yanaşı, sözügedən paltaryuyan maşınların həcminə görə çox yer tutması, su və enerjiyə qənaət baxımından rəqiblərindən xeyli geri qalması, camaşırları təmizləmək qabiliyyətinin zəif olması qaçılmaz faktdır. Bütün bu üstünlüklərə və çatışmazlıqlara baxmayaraq, amerikalıların bu cür paltaryuyan maşınlara üstünlük vermələrinin ən mühüm səbəbi isə onların həyat tərzindən qaynaqlanır.

Ən sərfəli kredit üçün müraciət et

Evlərində böyük həcmli paltaryuyan və quruducu maşınlar üçün xüsusi otaqları olan, su və enerji sərfiyyatını böyük problemə çevirməyən, 30 illik buz dolabını hələ də səliqəli şəkildə istifadə edən bir xalqın bu cür seçimlər etməsinə təəccüblənməyin özü də təəccüblü olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et