Amerikalılar "Analar Günü" üçün rekord məbləğdə pul xərcləyəcəklər | Banco.az

Amerikalılar "Analar Günü" üçün rekord məbləğdə pul xərcləyəcəklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da aparılan sorğuya görə, istehlakçıların 84 faizi “Analar Günü”nü qeyd edəcək.

Banco.az xəbər verir ki, ABŞ Milli Pərakəndə Satıcılar Assosiasiyası (NRF) “Analar Günü” ilə bağlı 8164 nəfərin iştirakı ilə keçirdiyi sorğunun nəticələrini dərc edib.

Buradan bəlli olub ki, ABŞ-da bu il “Analar Günü” xərclərinin 2022-ci illə müqayisədə 4 milyard dollar artaraq 35,7 milyard dollarlıq rekord səviyyəyə çatacağı gözlənilir.

Amerikalı istehlakçıların adambaşına xərcləməyi planlaşdırdıqları məbləğin isə orta hesabla 274,02 dollar olacağı proqnozlaşdırılır.

İstehlakçıların zərgərlik məmulatlarına 7,8 milyard dollar, xüsusi səfərlərə 5,6 milyard dollar və elektronikaya 4 milyard dollar xərcləməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et