Amerikalı milyarderlərin sərvəti kəskin azaldı | Banco.az

Amerikalı milyarderlərin sərvəti kəskin azaldı

Tamara Mustafayeva, Banco.az

ABŞ-da dünən açıqlanan inflyasiya göstəricisindən sonra ölkənin ən varlılarının sərvəti 93 milyard dollar əriyib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, "Amazon" şirkətinin qurucusu Ceff Bezosun sərvəti 9,8 milyard dollar, "Tesla"nın CEO-su İlon Maskın sərvəti isə 8,4 milyard dollar azalıb. Mark Zukerberq, Larri Peyc, Sergey Brin və Stiv Balmer də hər biri 4 milyard dollardan çox itiriblər.

Ən varlılar siyahısında yer alan Uorren Baffet və Bill Qeytsin sərvəti də müvafiq olaraq 3,4 milyard və 2,8 milyard dollar azalıb.

Xatırladaq ki, FED sədri Cerom Pauelin keçən ay 8 dəqiqəlik çıxışı da ABŞ milyarderlərinin sərvətinin 78 milyard dollar əriməsinə səbəb olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et