Amerikada ərzağa necə qənaət edirlər? – Beş vacib üsul | Banco.az

Amerikada ərzağa necə qənaət edirlər? – Beş vacib üsul

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Amerikada ərzaq qiymətlərinin yüksək olması bir çox insanı qənaət yolları axtarmağa vadar edir. Xüsusilə, Whole Foods kimi premium supermarketlər bahalı məhsulları ilə tanınsa da, alış-veriş zamanı müəyyən strategiyalar tətbiq etməklə burada da qənaət etmək mümkündür.

Amerikalılar büdcələrini qorumaq üçün Amazon Prime endirimləri, xüsusi kampaniyalar, həftəlik satışlar və ağıllı seçimlər edərək xərclərini azaldırlar.

Banco.az onların necə qənaət etdiyini daha yaxından araşdırıb:

1. Amazon Prime üzvlüyündən yararlanmaq

Amerikalılar supermarket alış-verişində qənaət etmək üçün “Amazon prime” üzvlüyündən geniş istifadə edirlər. “prime üzvləri “whole foods” mağazasında alış-veriş edərkən 30-dan çox eksklüziv endirim əldə edir, satış məhsullarına əlavə 10% endirim qazanırlar (alkoqol istisna olmaqla). Mağaza daxilində mavi nişanlı məhsullar “prime” üzvləri üçün xüsusi endirimlər olduğunu göstərir. Beləliklə, “prime” üzvlüyü sadəcə onlayn alış-veriş üçün deyil, həm də ərzaq qənaəti üçün də istifadə edilir.

2. Həftəlik endirimlərə nəzər yetirmək

Amerikalılar həftəlik satış elanlarını izləyərək qənaət edirlər. "whole foods" veb saytında ZIP kodunuzu daxil edərək yaxınlıqdakı mağazanın həftəlik endirimlərini görmək mümkündür.

Bundan əlavə, “whole foods” mobil tətbiqi də endirimlər və “prime” üzvlərinə özəl təkliflər haqqında məlumat verir.

3. "The Inside Scoop" elektron bülleteninə abunə olmaq

Daha çox qənaət etmək üçün amerikalılar "The inside scoop" elektron bülleteninə abunə olurlar. Bu bülletendə hər ay iki dəfə yeni məhsullar və endirimlər, ağıllı alış-veriş strategiyaları, xüsusi günlər üçün ucuz məhsullar haqqında məlumat paylaşılır.

4. "365 by whole foods market" brendinə üstünlük vermək

"365 by whole foods market" marketin öz brendidir və tanınmış markalara nisbətən daha ucuz və keyfiyyətlidir. Amerikalılar məşhur markalar əvəzinə 365 məhsullarını seçməklə xərclərini azaldırlar. Michela Allocca kimi iqtisadi ekspertlər də bu brendi daha sərfəli və rəqabətli hesab edirlər.

5. Çərşənbə axşamı və cümə günləri alış-veriş etmək

Amerikalılar qənaət üçün həftənin müəyyən günlərində alış-veriş etməyə üstünlük verirlər. "Whole Foods" çərşənbə axşamı və cümə günləri xüsusi endirimlər elan edir.

Amerikalılar daha az ödəmək üçün salata çoxlu yaşıl yarpaq əlavə edirlər, çünki onlar yüngüldür. Bişmiş yumurta əlavə etmirlər, çünki o, ağırdır və qiyməti artırır. Amerikalı ailələrdə düşünürlər ki, evdə bu ərzaqlar varsa, yeməyi mağazada deyil, evdə tamamlamaq yaxşı qənaət üsuludur.