Amerika neft nəhəngi Rusiyada hüquqlarının pozulduğunu iddia edir | Banco.az

Amerika neft nəhəngi Rusiyada hüquqlarının pozulduğunu iddia edir

Müəllif - Aida İsaq, Banco.az

Rusiya hökumətinin “Saxalin-1” layihəsi üçün operator yaratmaq qərarı Amerikanın “ExxonMobil” şirkətinin hasilatın pay bölgüsü sazişi çərçivəsində hüquqlarını pozur.

Banco.az xəbər verir ki, bu barədə neft nəhəngi məlumat yayıb.

"ExxonMobil" iddia edir ki, Rusiya birtərəfli qaydada “Saxalin-1”də iştirakını dayandırıb və layihəni Rusiya operatoruna verib.

“Son qərarlar hasilatın pay bölgüsü sazişimizə əsasən Rusiyadakı hüquqlarımızı pozaraq üzərində işlədiyimiz çıxış prosesinə mane olub. Lakin bu, əməliyyatlarımızı təhlükəsiz şəkildə dayandırmağımızı əngəlləyə bilmədi! deyə şirkət bildirib.

Martın əvvəlində "ExxonMobil" “Saxalin-1” layihəsindən çıxdığını elan etdi. Rusiya hökuməti “Saxalin-1” layihəsi üçün Yujno-Saxalinskdə qeydiyyata alınmış yeni operator “Saxalin-1” MMC-nin yaradılmasına göstəriş verib. Müvafiq sərəncamı oktyabrın 13-də Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

1996-cı ildən etibarən layihənin operatoru qismində Amerikanın "ExxonMobil" şirkətinin törəmə şirkəti olan "Exxon Neftegaz Limited" çıxış edir. Layihənin 30 faizinə sahibdir. Oktyabrın 18-də yeni operator yaradıldıqdan sonra "ExxonMobil" Rusiyanı tamamilə tərk etdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram