Amerika fond bazarında Dow Jones indeksi 3,57% - 15 871,35 bəndədək, NASDAQ 3,82% - 4 526,25 bəndədək, S&P 500 3,94% - 1 893,21 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 4,67% - 5 898,87 bəndədək, Fransa CAC-40-ı 5,35% - 4 383,46 bəndədək, Almaniya DAX-ı isə 4,70% - 9 648,43 bəndədək azalıb.
Dow Jones indeksinin azalması investorların Çin fond birjalarında böhrandan ehtiyat etməsi ilə əlaqələndirilir. Məhz bunun nəticəsində Dow Jones indeksi 588,40 bənd azalma müşahidə edilib.
Ümumiyyətlə, Amerika birjalarının ən qədim fond aktivliklərindən biri, sənaye indeksi Dow Jones indeksinin mövcud olduğu dövr ərzində 16 dəfə 500 bənddən çox azalma qeydə alınıb.
Qeyd edək ki, Dow Jones indeksində 30 iri sənaye müəssisəsinin indeksləri cəmləşib.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,10 dollar azalaraq 1 153,50 dollara, gümüş isə 0,07 dollar artaraq 14,87 dollara satılıb.