Amerika əhalisinin sərvəti ötən ilin son rübündə artıb | Banco.az

Amerika əhalisinin sərvəti ötən ilin son rübündə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2022-ci ilin dördüncü rübündə 2 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən ilin oktyabr-dekabr dövrü üçün "ABŞ Maliyyə Hesabları" başlıqlı hesabatını dərc edib.

Sözügedən hesabata görə, ölkədəki ev təsərrüfatlarının xalis sərvəti ötən ilin dördüncü rübündə 147,7 trilyon dollara yüksəlib.

Ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artan ev təsərrüfatlarının xalis sərvəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalıb.

Qeyd edək ki, ev təsərrüfatları borcunun artımı isə keçən ilin dördüncü rübündə 6,2 faizdən 2,3 faizə qədər azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et