Amerika Dollardan imtina etsə nə olacaq? | Banco.az

Amerika Dollardan imtina etsə nə olacaq?

Son zamanlar bir sıra dövlətlərdən rəsmi olaraq dollardan imtina etmək çağırışları gəlməkdədir. İlk baxışda burada təəccüblü heç nə yoxdur. Hər bir dövlət öz atributlarından sayılan milli valyutasını möhkəmləndirməyi öz vəzifəsi hesab etməlidir. Lakin dünyanın imperialist gücləri bu fakta dözümsüzlük göstərməkdədirlər.

Uydurma  “Ərəb baharları”, ”Əl Kaidə ovu” işə yaramır. ABŞ-ın demokratiya maskalı anglosakson-sionist mahiyyəti xalqların dərin nifrətini qazanıb.

Qəddafinin cəzalandırılması dollara qarşı qiyamın qarşısını ala bilmədiyi faktıdır. Bu gün qorxaq ərəb neft şeyxləri belə, dollar asılılığından xilas olmaq üçün Çinlə gizli danışıqlara gedirlər. Bu yazını yazmaqda tək məqsədim sərvətlərimiz “yaşıl kağıza” qurban edənləri xəbərdar etməkdi. Sabah gec də ola bilər…

1971-ci ildə ABŞ maliyyə naziri deyirdi: “Dollar valyuta kimi bizimdi, amma problemi sizindi”. Bu yerində deyilmiş fikirdi. Həqiqət budur.

Dolların maliyyə olimpinə gedən yolu heç da asan olmayıb. XX əsrdə ABŞ iqtisadi inkişaf baxımından İngiltərəni ötdü və Almaniyaya çatdı. O vaxtlar ingilis funtu  dünya valyutası sayılırdı. Bu yerə sahiblənmək üçün ABŞ-a iqtisadi inkişaf yetərli olmadı. Avropanın bir çox ölkələrində heç dolları tanımırdılar. Məhz bu səbəbdən Birinci Dünya Müharibəsi ssenarisi dövrəyə atıldı. Lakin müharibə də dollara düşünülmüş statusu verə bilmədi.

İkinci bir müharibəyə ehtiyac vardı.

İkinci Dünya Savaşından dərhal sonra dollar rəsmən 1946-cı ildən dollar dünya valyutası rolunu aldı. Beləliklə, qədim kimyagərlər daşı qızıla çevirməyi düşündükləri sayaq amerikalılar “havanı qızıla” çevirməyi bacardılar.

Savaş bitmədən, 1944-cü ildə ABŞ-ın Britton-Vud şəhərində 44 ölkənin iştirakıyla keçirilən konfransda ABŞ öz istəklərini ortaya qoydu və qəbul etdirdi. Konvertasiya valyutaları arasında SSRİ iştirak etmədiyinə görə onun valyutası qəbul edilən siyahıya daxil edilmədi.

Ona görə də SSRİ bütün hesablaşmaları qızılla aparmalı oldu. Məhz bu səbəbdən ABŞ-ın 13 min tonluq qızıl ehtiyatı 1945-ci ildə 17.700 tona, 1949-cu ildə isə rekord çəkiyə – 21.800 tonadək artmışdı. Yəni amerikalıların “havadan qızıl istehsalı” ilk məhsulunu vermişdi.

Bu rəqəm dünya qızıl ehtiyatının 70 %-i deməkdir. Dollar artıq qızılın ekvivalentinə çevrilmişdi. Bu addımla yerdə qalan bütün xalqlara dolların etbarlılığı qəbul etdirilmiş oldu. 1970-ci ilədək bu ehtiyat  9838.2  tona endirildi. Hazırda isə bu ehtiyat 8133,2 tonadək tükədilib. Yəni hazırda dollar adicə bir kağız parçasından qeyri bir şey deyil.

Bir lətifədə deyilir: “Auksionda Rafaelin fırçasından çıxmış bir rəsm əsəri satılır. Ərəb neft, rus isə dəyəri qədər qızıl təklif edir. Amerikalı 10 min dolar atıb rəsmə sahib olur. Əslində isə bu amerikalı rəsmə cəmi 3 dollar xərcləyib. Çünki 100 dollarlıq əskinas üçün cəmi 3 sent vəsait xərclənir”.

Dollara qarşı ilk qiyam qaldıran dövlət başçısı Fransa prezidenti De Qoll olub. Ölkəsinin dollarsızlaşdırılması məqsədiylə 1965-ci ildə De Qoll bəyan etdi ki, mübadilələr qızılın standartlarına uyğun aparılmalıdır. O, deyirdi ki, qızıl istər sikkə, istərsə də külçə olsun,  mahiyyətini dəyişməz.
“Qızılın “milliyyəti” yoxdu. Hazırda bütün valyutalar qızıla nisbətdə müəyyən olunur”.

De Qoll ABŞ-dan 1,5 mlrd.dollar əvəzinə 1 unsiya 35 dollar olmaqla qızıl tələb edirdi. ABŞ prezidenti Lindom Cons onu hədələsə də, 1965-ci ildə “yaşıl kağız” yüklü gəmilərin Nyu York limanlarına və təyyarələrin isə hava limanlarına endiyi raportunu aldı. De Qoll cavab tədbiri kimi ölkəsində yerləşən ABŞ və NATO-ya məxsus 29 hərbi bazanın və 35 min hərbçinin çıxarılmasını irəli sürmüşdü. Nəticədə De Qoll iki il ərzində Fort Noks şərtlərinin yüngülləşdirilməsinə və 3 min ton qızıla sahib oldu.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Fort Noks ABŞ qızıl ehtiyatı saxlandığı məkandı. 1936-cı ildə yaradılıb. Bu xəzinə dünyanın ən etibarlı xəzinəsi sayılır. Tək qapısının ağırlığı 22 tondur. Burada saxlanan qızıllar kərpic formasında olur. Ölçüləri 18-9, 2-4, 5 sm, çəkisi 400 unsiyadır (12,5 kq). 70 ölkənin ehtiyatları qismən burada saxlanılır. ABŞ-ın 8133,5 ton qızılı da buradadır (Azərbaycan 29,1 ton qızıl ehtiyatıyla dünyada 55-ci yerdədir). Qızıl ehtiyatının azalması dolların etibarsızlığının bir göstəricisidir.

Deyə bilərik ki, artıq dollar əskinasları belə, borcla çap edilir. Çünki bu gün dünya maliyyə dövriyyəsində 972 mlrd. dollar iştirak edir. ABŞ ÜDM-də 17,4 trilyon dolları da əlavə etsək, gülməli bir mənzərə ilə üzləşərik. 8133.5 ton qızılın qiyməti neçəyədir? Bəziləri dolların dayanıqlılığını ABŞ-ın güclü sənaye və kənd təsərrüfatı ölkəsi olmasında görür.

Əslində bu sahədə də vəziyyət düşündüyümüz kimi deyil. Hazırda ABŞ iqtisadiyyatının 80%-ni xidmətlər, cəmi 20%-ni isə sənaye və kənd təsərrüfatı təşkil edir. Yalnız ərzaq satışında birinciliyini saxlaya bilib. Bu gün import eksportu üstələmiş durumdadı. ABŞ hər şeyi borc, nisyə yolu ilə alır.

ABŞ dövriyyəsi böyük olduğuna görə tələb olunan borcları ödəməklə öz etibarını sarsılmaqdan qoruya bilir. Hər keçən gün üçün ABŞ 3.84 mlrd.dollar borclanmaqdadır. Ümumi dövlət borcu 17.966 trilyon dollar, müxtəlif şəxslərə 12.889 trilyon dollar, daxili borclar isə 5.076 trilyon dollar təşkil edir.

2014-cü il dekabr ayına ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya öz xəzinə öhdəliyindəki 22 milyard doları satıb. Bu da Amerika dollarına aid bütün fondların 20 % deməkdir. Çin də bu kağızlardan can qurtarmaq niyyətiylə həcmi 6.1 mlrd. dollar azaldıb. Hazırda Çinin bu  “yaşıl kağıza” olan təlabatı 1.2443 trilyon dollara düşüb. 2013-cü ilin III rübündə bu rəqəm 3.66 trilyon dollar olmuşdu.

Hələ də Çin ABŞ-ı ayaqda tutan ən böyük maliyyə dövləti olaraq qalır. Dollar hegemoniyasının sona çatdığını artıq Amerikada anlayırlar.

İstər analitiklər, istərsə də sadə amerikalılar vəziyyətdən qurtulmaq yolunu ştatlara bölünməkdə, ya da dollardan imtina etməkdə görürlər.

Dinc yola 20 ştatın ABŞ-dan ayrılması petisiyasını artıq 100 min nəfər imzalayıb. Konustitusiyaya görə, bu yolverilməzdi. Bir zamanlar bu addım ölkədə vətəndaş müharibəsinə səbəb olmuşdu. Amerikalı siyasətçi, 1988-ci ildə prezidentliyə namizəd olmuş Ron Pol da ABŞ-ın çöküş ərəfəsində olduğunu söyləyib:  “Amerika xalqı artıq ayılıb. Hər 4 nəfərdən biri ştatların ayrılmasına tərəfdardır”…

Hər halda, ABŞ elmi-texniki inkişafı diqqətdə saxlayan bir ölkə kimi bu dalandan çıxmaq planlarını araşdırır. Mənim sözüm “yaşıl kağıza” aluda olan bəzi soydaşlarımızdır. Bilirəm ki, siz təhsil almaqdan daha çox pul saymağı xoşlayırsınız. Amma proseslər bu cür davam etsə,  Amerikanın imtina etdiyi kağızlarınızı dəlixanalarda saymalı olacaqsınız. Çünki dolları diriltmək üçün III Dünya Savaşı tələb olunur. III Dünya Savaşı baş verərsə, nə sivilizasiya qalacaq, nə də dollar. Di gedin fikirləşin…

Xaqani Ədəboğlu,
AVMVİB mətbuat xidmətinin rəhbəri