Amerika bankından manatla bağlı proqnoz | Banco.az

Amerika bankından manatla bağlı proqnoz

“Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb”.

Bu açıqlama ilə ABŞ-ın nüfuzlu “Bank of America” bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovski bildirib. 

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahat tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et