"American Airlines" 400 milyon dollar zərər edib | Banco.az

"American Airlines" 400 milyon dollar zərər edib

"American Airlines" aviaşirkəti "Boeing 737 MAX" təyyarələri ilə həyata keçirilməli olan uçuşlardan imtinaya görə 400 milyon ABŞ dolları zərər edib. 

Bu məbləğ aviadaşıyıcının zərərlə bağlı proqnozundan 50 milyon dollar çoxdur. 

Şirkət noyabrın 2-nə qədər "Boeing 737 MAX" ilə bütün uçuşları təxirə salıb. Hazırda "American Airlines" şirkətinin sərəncamında 24 ədəd MAX tipli təyyarə var, daha 76 ədəd bu modeldən olan təyyarə sifariş edilib. Onlardan 7-si bu ilin II rübündə təhvil verilməli idi.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız bu üç ayda "Boeing" ilə bağlı problemlər səbəbindən şirkət 175 milyon dollar itirib. Bununla belə, aviaşirkət rübü 662 milyon dollar xalis mənfəətlə başa vurub. Bu isə keçən ilə nisbətən 16% çoxdur. Göstərilən dövrdə qazanc 2,7% artaraq 12 milyard dollara çatıb ki, bu da şirkətin ikinci rüb üçün rekord göstəricisidir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et