Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-2024-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5 % artacağını, qeyri-neft sektorunda artımın 5-6 % olacağını proqnozlaşdırır.
Bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir", - deyə o qeyd edib.
Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,8 %, gələn il isə 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!