AMB: Son 3 ildə BOKT-lər 86 mln. manata yaxın həcmdə istiqraz buraxıb | Banco.az

AMB: Son 3 ildə BOKT-lər 86 mln. manata yaxın həcmdə istiqraz buraxıb

Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) sektoru dinamik artım tempi nümayiş etdirib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fuad İsayev “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-ların cəmi aktivləri 1,24 mlrd. manat təşkil edib ki, bu da il ərzində 25% artım deməkdir. Kredit portfeli isə 29% artaraq 1 mlrd. manatı ötüb.

    Fuad İsayev qeyd edib ki, sektorun kapital dayanıqlığı kifayət qədər yüksəkdir. Belə ki, kapitalın aktivlərə nisbəti 24,5% təşkil edir. 2025-ci il ərzində BOKT-ların kapitalı 26,2% artaraq 300 mln. manatı üstələyib.

    Baş direktor əlavə edib ki, son 3 il ərzində BOKT-lar tərəfindən ümumilikdə 85,8 mln. manat məbləğində istiqraz buraxılışı həyata keçirilib: "İstiqraz buraxılışlarının 97%-i milli valyutada olub, istiqrazlar üzrə orta müddət isə 2,5 il təşkil edib. 2025-ci ildə Mərkəzi Bank tərəfindən “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun tələblərinə uyğun olaraq “Bank olmayan kredit təşkilatlarında kənar audit aparılmasına dair minimum tələblər” təsdiqlənib və bu tələblər 22 noyabr 2025-ci il tarixindən qüvvəyə minib".

    apa