AMB növbəti seminarını uğurla başa vurdu | Banco.az

AMB növbəti seminarını uğurla başa vurdu

Mərkəzi Bank və “Deloitte” şirkətinin birgə təşkilatçılığı ilə 21-22 may 2015-ci il tarixlərində Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd bank ictimaiyyətininin əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə və alətlər barədə məlumatlandırılması, praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması, habelə yaranan sualların müzakirəsi olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Seminarda əməliyyat risklərinin ölçülməsi, daxili və xarici itki hadisələrini şərtləndirən səbəblərin müəyyən edilməsi, hesabatlıq və digər məsələlər əhatə edilmişdir. Bundan əlavə, Azərbaycanda əməliyyat riskinin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi potensialı təhlil edilmiş, atılmalı növbəti addımlar barədə məlumat verilmişdir.