AMB növbəti dəfə seminar təşkil etdi | Banco.az

AMB növbəti dəfə seminar təşkil etdi

Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə “China UnionPay” beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün seminar təşkil edilmişdir. Bu barədə Banco.az portalı Mərkəzi Banka istinadən məlumat verir. Tədbir zamanı iştirakçılara təşkilatın regionda və ölkənin ödəniş kartları bazarında gələcək fəaliyyət istiqamətləri, təqdim olunacaq yeniliklər və ödəniş kartları məhsulları haqqında geniş məlumat verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirələr zamanı təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr, ödəniş kartları ilə əməliyyatlar zamanı tətbiq olunan tarif siyasəti, innovativ ödəniş məhsulları üzrə mövzulara, habelə banklarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et