AMB-nin yeni hesabatı manatla bağlı nə vəd edir? – Ekspert izah etdi | Banco.az

AMB-nin yeni hesabatı manatla bağlı nə vəd edir? – Ekspert izah etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. Məlumata görə, AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddini 6,25% olaraq saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. Bununla yanaşı, bu ilin yanvar-mart aylarında keçirilən valyuta hərraclarındakı sarış ötən ilin eyni dövrü ilə müqayisədə 97,6 % (2 dəfəyə yaxın) çox olub.

Qarşıdakı aylarda manatı gözləyən vəziyyət barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, son altı ay ərzində hökumətin, o cümlədən də Mərkəzi Bankın ümumiyyətlə, ölkə iqtisadiyyatına dair proqnozlar özünü doğrultmaqda davam edir.

İqtisadçı hesab edir ki, hazırda proseslər, gözləntilər istiqamətində gedir:

“Faiz dəhlizinin yuxarı həddinin aşağı endirilib, lakin aşağı həddinin yerində saxlanılması onu deməyə əsas verir ki, dəhlizin daraldılması baş verəcəkdir. Bu addım monetar proseslərə nəzarətin daha da artırılmasına xidmət edir. Biz bunu pul kütləsinin hərəkətinə nəzarətin artırılması elementi kimi qəbul edə bilərik.

AMB-nin hesabatından görünür ki, Mərkəzi Bank dollara olan tələbin artmasının bilavasitə idxalın artması hesabına baş verdiyini üstündə daha çox fokuslanmışdır”.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda inflyasiyanın artmasına  dair  məsələyə toxunan ekspert düşünür ki, risklərin təsnifatında da yeni bir qeyri adilik yoxdur:

“Burada bilavasitə idxala yönəlik və eyni zamanda da daxili risklərində xərc faktorlarından qaynaqlanması vurğulanıb. Burada  tələbin artması bilavasitə inflyasiyanı tətikləyən faktor riski olaraq göstərilmişdir.

Ən əsası isə yenə də növbəti addımların nə olacağı ilə bağlı konkret proqnozlar verilməyib. Sadəcə olaraq, növbəti qərarların inflyasiyadan asılı olacağı ilə bağlı açıqlama var. Ümumiyyətlə, Mərkəzi Bankın təqdim etdiyi bu məlumatları təhlil etdikdə görürük ki,  manatın 2024-cü ildə məzənnəsi ilə bağlı risklərin çox aşağıdır”, - sitatın sonu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et