Bu gün sentyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0476 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0029 manat və ya 0,24% azalaraq 1,1862 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65% artaraq 0,0155 manata yüksəlib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1.0476 |
1 Avro | 1.1862 |
1 Rusiya rublu | 0.0155 |