AMB-nin Sentyabrda faiz endiriminə gedəcəyi gözlənilir | Banco.az

AMB-nin Sentyabrda faiz endiriminə gedəcəyi gözlənilir

İqtisadçılar, Avropa Mərkəzi Bankının (AMB) gələn ay faiz endiriminə işarə edəcəyini və Sentyabrda faizi endiriminə gedəcəyini gözləyirlər. 
 
AMB sədri Mario Draghi ötən həftə iqtisadi mənzərədə yaxşılaşma olmasa əlavə təşviqlərə ehtiyac olacağını söyləyib. Draghi, ticarət gərginliklərindən qaynaqlanan qeyri-müəyyənliyin, iqtisadi artıma və inflyasiyaya risklər yaratdığını bildirib.

"Bloomberg"in sorğusuna qatılan iqtisadçıların çoxu, AMB İdarə Heyətinin 25 İyuldakı iclasda faizlərin düşə biləcəyini göstərmək üçün siyasət dilini dəyişdirəcəyini qeyd ediblər. AMB-nin mövcud siyasət ritorikası, "mövcud səviyyələr ən azı 2020-nin ilk yarısınadək davam etdiriləcək" şəkilindədir. 

Sorğuda iştirak edənlər, hazırda rekord aşağı səviyyədə olan depozit faizinin Sentyabr ayında 10 bənd azaldılaraq mənfi 0.5 faiz səviyyəsinə endirilməsini gözləyirlər.  

Daha əvvəl AMB rəsmiləri gələn il faiz artırmağa ümid bəsləyirdilər. Ancaq ABŞ-ın proteksionist ticarət siyasətləri qlobal iqtisadiyyata mənfi təsir göstərir. ABŞ mərkəzi bankı Fed-in də bu il faiz endiriminə gedəcəyi gözlənilir. Digər tərəfdən, aralarında Avstraliya, Rusiya, Hindistan və Çilinin də olduğu bəzi mərkəzi banklar pul siyasətlərini yumuşaltmağa başlayıblar.

marja