AMB-nin qərarı inflyasiyaya necə təsir edəcək? – AÇIQLAMA | Banco.az

AMB-nin qərarı inflyasiyaya necə təsir edəcək? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Mərkəzi Bankın uçot dərəcəsini 7.5%-dən 7.25%-ə qədər azaltması inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək”. 

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldənir Əmirov deyib. O qeyd edib ki, Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir:

“Azərbaycan bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir. 
Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu azaldıb.Qeyd edilib ki, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et