Bu gün Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 55 mln. manat təşkil edib.
Bu barədə Mərkəzi Banka istinadən xəbər verilir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,70% olub.
Mənbə: Report.az