Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
23 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan RespublikasınınMərkəzi Bankının (AMB)50100160S dövlət qeydiyyat nömrəli,100mln manat həcmində, 28 gün tədavül müddətliqısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Banco.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilmişdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 421,249,200.00 yerləşdirilmiş həcmi isə 100 mln manat təşkil edilmişdir.
Notlarınödəmə tarixi 20 sentyabr 2017-ci ildir.