Mərkəzi Bankın valyuta ehtiyatları Oktyabr ayı ərzində 1% artaraq, 31.10.2017-ci il tarixinə, 5 mlrd 200,7 milyon ABŞ dollarına çatıb.
Bankın valyuta aktivləri 1 il öncə ilə müqayisədə isə 30% artıb, keçən ilin eyni dövründə müfaviq göstərici 4, 005 mlrd dollar civarında olub.
Əhəmiyyətli dərəcədə düşüşdən sonra, hal-hazırda AMB-nin valayuta ehtiyatları təxminən 2010-cu il səviyyəsindədir.