AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 15 aylıq minimumu yeniləyib | Banco.az

AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 15 aylıq minimumu yeniləyib

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 520 milyon manat təşkil edir.

Bu, mayın 5-i ilə müqayisədə 150 milyon manat və yaxud 22,4% azdır, 15 aylıq minimumun yenilənməsidir.

Xatırladaq ki, ötən il martın 6-da AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 370 milyon manat təşkil edib və o vaxtdan bəri 600 milyon manatdan aşağı olmayıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram