AMB-nin dövriyyədə olan notlarının həcmi artmaqda davam edir | Banco.az

AMB-nin dövriyyədə olan notlarının həcmi artmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 550 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqla 2 həftə əvvəlki göstəricidən 10% və yaxud 50 mln. manat çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Notların orta illik gəlirliliyi isə 10,01% təşkil edir.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il avqustun 10-da (500 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et