Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 41,4 mln. manat təşkil edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,79% olub.
Xatırladaq ki, bundan əvvəlki hərracda təklif 200 mln. manat, tələbat isə 218 mln. manat olub.
Mənbə: Report.az