AMB: Neft pullarının banklara cəlb olunmasına ehtiyac yoxdur | Banco.az

AMB: Neft pullarının banklara cəlb olunmasına ehtiyac yoxdur

Mərkəzi Bank bir sıra ekspertlər tərəfindən təklif olunmuş və neft pullarını banklara cəlb etmək yolu ilə kredit faizlərinin aşağı endirilməsini nəzərdə tutan məsələyə aydınlıq gətirib. Bir müddət əvvəl əksər banklar kredit faizlərinin yüksək olmasını cəlb olunan vəsaitlərin baha olması ilə əlaqələndirirdilər. Belə bir vəziyyətdə iqtisadçılar Dövlət Neft Fondunun vəsaitlərinin aşağı faizlə banklara verilməsini, daha sonra həmin vəsaitlərin banklar vasitəsilə ucuz kredit qismində əhaliyə təqdim olunmasını təklif edirdilər. Amma sözügedən ideya Mərkəzi Bank tərəfindən öz təsdiqini tapmayıb. İmtinanın səbəbləri və məsələ ilə bağlı daha ətraflı məlumatı aşağıdakı süjetdən izləyə bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et