AMB: Manatın sabitliyi bazarın tarazlı olduğunu göstərir | Banco.az

AMB: Manatın sabitliyi bazarın tarazlı olduğunu göstərir

"Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir".

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

"Tələb və təklif arasındakı nisbətə tədiyə balansının vəziyyəti təsir göstərir. Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır. Bu təsirlər müxtəlif dövrlərdə əsasən orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyə balansına və beləliklə valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaqdır", - deyə açıqlamada burğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AMB bu günə olan USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.

Mənbə: apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et