AMB: Kredit tarixi haqqında çıxarış əldə etmək "ASAN"laşacaq | Banco.az

AMB: Kredit tarixi haqqında çıxarış əldə etmək "ASAN"laşacaq

İlin əvvəlindən Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib. Bu barədə jurnalistlərə AMB-də "Açıq qapı günü" xidmətin rəhbəri Elçin Həbibov bildirib.

E.Həbibov deyib: "Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti pulsuz əsaslarla borcluların kredit tarixi haqqında çıxarış təqdim edir. Bu xidmət yalnız kredit təşkilatları üçün ödənişlidir. Bundan əlavə, reyestrin əməkdaşları Bakıdakı iki "ASAN xidmət" mərkəzində iştirak edirlər".

Onun sözlərinə görə, xidmət belə çıxarışı yalnız borcluların özlərinə verə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Həbibov əlavə edib: "Kredit reyestrinə sorğunu AMB-nin rəsmi saytı vasitəsilə də göndərmək olar. Sorğu göndərən şəxsin şəxsiyyətinin təsdiqlənməsi bu halda elektron imza - "ASAN imza"nın köməyi ilə həyata keçirilir".

AMB yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.

Fiziki şəxs üçün bir sorğuya görə tarif 1,1 manat, hüquqi şəxs üçün 2 manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri güdmür, tariflər inzibati xərclər üçün tətbiq edilir.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et