AMB keçirdiyi tenderin müddətini yenidən uzadıb | Banco.az

AMB keçirdiyi tenderin müddətini yenidən uzadıb

Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması məqsədi ilə keçirdiyi tenderin müddətini uzadıb. Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, iddiaçı tender təklifini və tender təklifinin bank təminatını 19 yanvar 2017-ci il saat 18.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 11 yanvar 2017-ci il saat 18.00-a qədər AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidirlər.

Qeyd edək ki, bundan əvvəl də tenderdə iştirak etmək məqsədi ilə lazımi sənədlərin təqdim olunması üçün son tarix oktyabrın 13-dən noyabrın 17-nə qədər, tender təklifləri və bank təminatının təqdim edilməsi üçün son tarix isə oktyabrın 21-dən noyabrın 25-nə qədər uzadılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, əgər əvvəlki şərtlərdə tender təklifi 1 mart 2017-ci ilə qədər qüvvədə olmalı idisə, yeni şərtlərdə bu tarix 31 mart tarixinə keçirilib. Bank təminatının qüvvədə olma müddəti isə 16 may 2017-ci ildən 15 may 2017-ci ilə keçirilib.

Tender təkliflərinə baxılması tarixi isə 24 oktyabr 2016-cı il tarixindən 23 yanvar 2017-cı il tarixinə dəyişdirilib. Təkliflərə adı çəkilən ünvanda baxılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar qəpiklərin təhlükəsiz və avtomatlaşmış qaydada məhv edilməsi sistemlərinin istehsalı, quraşdırılması və bu sistemlərin digər avtomatlaşmış sistemlərə inteqrasiyası sahəsində müvafiq təcrübəyə malik ixtisaslaşmış mütəxəssisin ətraflı CV formasını təqdim etməlidirlər. 

Mənbə: Report.az