AMB: Kapital bazarları real sektora maliyyə-bank sektorundan daha az iştirak imkanı yaradıb | Banco.az

AMB: Kapital bazarları real sektora maliyyə-bank sektorundan daha az iştirak imkanı yaradıb

"Kapital bazarları maliyyə-bank sektorunda fəaliyyət göstərən şirkətlərə daha çox maliyyələşmə imkanları yaradır, digər real sektoru təmsil edən şirkətlərin iştirakı daha məhduddur".

Bunu Azərbaycan Mərkəzi Bankının Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, real sektorda olan şirkətlərin iştirakı artarsa kapital bazarları daha səmərəli, effektiv fəaliyyət göstərə bilər.

S. İsmayılov bununla belə, bu ilin on ayında 25 emissiya prospektinin təsdiqləndiyini və rekord göstərici olduğunu deyib. Belə ki, pandemiyadan əvvəl, yəni 2019-cu ildə 3, 2020-ci ildə 11, 2021-ci ildə isə 20 emissiya prospekti təsdiqlənib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et