AMB: Əhalinin istehlak kreditlərinə olan tələbi artacaq | Banco.az

AMB: Əhalinin istehlak kreditlərinə olan tələbi artacaq

Cari ilin III rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüb ilə müqayisədə azalıb.

Bu barədə Banco.az Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələrinə” əsasən xəbər verir.

    Bildirilir ki, əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmasa da, kredit kartlar kartları üzrə kredit standartlarında yumşalmada artım və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Banklar cari ilin son rübündə cəmi istehlak kreditləri üzrə standartlarda əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətində olsalar da, kredit kartları üzrə standartlarda yumşalmanın azalacağını və əməkhaqqı kartları üzrə kredit standartlarının yumşalacağını proqnoz edirlər.

    Sorğuya əsasən əhalinin istehlak kreditlərinə tələbi ötən rüb ilə müqayisədə azalsa da, yüksək olaraq qalmaqdadır. Məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələb azalsa da, kredit kartlarına və əməkhaqqı kreditlərinə tələb son rübdə artmışdır. Banklar cari ilin son rübündə əhalinin istehlak kreditlərinə tələbinin artacağı qənaətindədirlər. Belə ki, banklar əhalinin əməkhaqqı kreditlərinə tələbinin dəyişməyəcəyini, kredit kartları və məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələbin artacağını proqnozlaşdırır.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et