AMB daha 25 mln. manatlıq not buraxır | Banco.az

AMB daha 25 mln. manatlıq not buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100453S) qeydə alıb. Bu barədə Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 250 min ədəd qısamüddətli notun buraxılışını nəzərdə tutur. 

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızların tədavül müddəti 28 gündür. 

Mənbə: Report.az