Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50100257S) dövlət qeydiyyatına alıb.
Palataya istinadən xəbər verilir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.
Mənbə: Report.az