Mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.
Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın məlumatında qeyd edilib.
Bildirilib ki, mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır: "Yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir".
Bizi sosial şəbəkələrdən izləyin!!