AMB: "BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalır" | Banco.az

AMB: "BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalır"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır".

Banco.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında qeyd edilib: 

"Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.6% təşkil edib. 2024-cü ilin I yarımilində BOKT-ların sayı 55, Kİ-nın sayı isə 39 olub. Hal-hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. Yarımil ərzində BOKT işçilərinin sayı 153 nəfər artaraq 3442 nəfər, filiallarının sayı isə 12 ədəd artaraq 308-ə çatıb".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et