AMB: "Banklar istehlak kreditləri üzrə standartların yumşaldılmasını gözləyir" | Banco.az

AMB: "Banklar istehlak kreditləri üzrə standartların yumşaldılmasını gözləyir"

Azərbaycan bankları bu ilin I rübündə istehlak kreditləri üzrə standartların yumşaldılmasını gözləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunun nəticəsində bildirilib.

Eyni zamanda, banklar istehlak kreditlərinə, xüsusilə əməkhaqqı kreditlərinə olan tələbdə artım gözlədiklərini bildiriblər.

Belə ki, bankların I rübdə istehlak kreditləri standartlarına dair gözləntiləri 17%, o cümlədən avtomobil kreditləri üzrə 9%, kart kreditləri üzrə 7%, əməkhaqqı kreditləri üzrə 14%, məişət kreditləri üzrə 8% təşkil edir.

Bundan başqa, I rübdə istehlak kreditlərinə tələb 16%, həmçinin avto kreditlərə tələb 8%, kart kreditlərinə tələb 16%, əməkhaqqı kreditlərinə tələb 14 %, məişət kreditlərinə tələb 10 % artacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et