Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bu ildən bankları broker xidmətlərinə cəlb etmək niyyətindəyik".
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mərkəzi Bank düşünür ki, bu, kapital, investor bazarının genişlənməsinə imkan yaradacaq: "Çünki banklarımızın zəngin filial şəbəkəsi var. Bu sahədə kifayət qədər, daha çox infrastruktur baxımından məqsədlərimiz də var ki, kapital bazarı effektiv və səmərəli çalışsın. Bazarda rəqəmsallaşmaya dair planlarımız da var. Sözsüz ki, maarifləndirmə istiqamətində də işlər aparılacaq ki, həm investor sahəsində, həm də emitent sahəsində daim biliklərini artıraq".
Bizi sosial şəbəkələrdən izləyin!!