AMB 550 mln. manatlıq not buraxır | Banco.az

AMB 550 mln. manatlıq not buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2 səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 56S) və hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 50200853S), yəni ümumilikdə 550 mln. manatlıq notdan gedir.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızların tədavül müddəti 35 gündür.

Mənbə: Report.az