AMB 2021-ci ilin yekunları üzrə tədiyə balansının profisitini proqnozlaşdırır | Banco.az

AMB 2021-ci ilin yekunları üzrə tədiyə balansının profisitini proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini gözləyir.

Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.

“Davam edən müsbət trendlər 2021-ci ilin sonuna tədiyə balansının profisitinin bərpasını proqnozlaşdırmağa imkan verir”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.

Oqeyd edib ki, BVF-nin yenilənmiş proqnozlarına əsasən, dünya iqtisadiyyaının artımı 6% təşkil edəcək, bu da ötən proqnozdan 0,5 faiz punktu çoxdur. Bu, bütün dünyada koronavirusa qarşı vaksnasiya və gözləilən nəticələrlə izah olunur.

Bundan başqa, Rüstəmovun sözlərinə görə, OPEC+ sazişi fonunda qlobal fəallığın bərpası neft bazarında tələbat artımını fəal dəstəkləyir.

“2021-ci ilin əvvəlindən bir barel Brent markalı neftin orta qiyməti $62-ni ötüb və beynəlxalq təşkilatların proqnozlarına əsasən, 2021-ci ilin qalan dövrü ərzində bu səviyyəyə yaxın qalacaq”, - Rüstəmov qeyd edib. 

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram