AMB: "2 ayda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib" | Banco.az

AMB: "2 ayda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib"

Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram