AMB 150 mln. manat cəlb edir | Banco.az

AMB 150 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən  verilən məlumata görə, fevralın 27-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Mənbə: Apa.az