“Amazon” şirkətinin təsisçisi Jeff Bezos Los Ancelesdə keçirilmiş Summit Series adlı tədbirdə öz qardaşına müsahibə verib. Müsahibə zamanı o öz şəxsiyyətinin böyümə fəlsəfəsindən, ilhamlanmaq üzrə lifehack-lardan, iş və şəxsi həyat arasındakı balansdan danışdı və ixtiraçı olmaq üzrə öz tövsiyyələrini verdi. Banco.az portalı "technote.az"a istinadən diqqətinizə təqdim edir.
Universitetdə məzun gecəsi çıxışındakı yekun cümləsi:
“Kosmos final hüduddur. Orda görüşərik” – deyə Bezos öz çıxışını bitirmişdi. O, “Star Trek”in sloqanını bir növ çağırışa çevirmişdi.
O öz bacarıqlarına necə yiyələndi?:
Jeff öz uşaqlıq illərini babasına məxsus uzaq fermada keçirdib. Babasına heç kim heç zaman kömək etmirdi. Jeff-in sözlərinə görə onun babası həmişə özünə arxalanırdı. Bəzən vəziyyət elə gətirirdi ki, o özü iynələri düzəldir və ya mal-qaranı kəsirdi. Yay günlərinin birində Bezos babasının 5000$-a aldığı hansısa texnikasını təmir etmişdi. Daha sonra onun babası kiçik yük qaldırma kranını düzəltmişdi. Belə ki, onu hazır vəziyyətdə almağa onun pulu yox idi. “O fikirləşmədən ilk baxışdan reallaşdırılması qeyri-mümkün görünən çətin tapşırıqları həll etməyə çalışırdı və nəticədə onların öhdəsindən gələ bilirdi” – deyə Bezos bildirib.
Praktiki çeviklilik haqqında:
Günlərin birində Bezos-un babası öz böyük barmağının bir hissəsini itirdi. O, sürətlə hərəkət edən yük maşınından çıxaraq fermanın darvazasını açmağa cəhd göstərmişdi. Lakin əbəs yerə. Yük maşını fermanın darvazasına dəydi və Bezos-un babası az qala barmağını tam itirəcəkdi. O, o dərəcədə dəlisov idi ki, sallanmış barmaq sümüyünü çıxardaraq xəstəxanaya getdi.
Nəticədə onun barmağına müəyyən yerdən götürülmüş dərini yerləşdirdilər və o, heçnə olmamış kimi fermaya qayıtdı. Jeff tam dəqiqliklə xatırlayır ki, həmin hadisədən sonra onun babasının böyük barmağında tüklər çıxmağa başlamışdı. Lakin qıcıqlanmaq əvəzinə babası sadəcə olaraq hər səhər barmağında çıxan tükləri qırxırdı. “Hər dəfə çətin vəziyyətdə çıxış yolu tapmaq üçün siz çeviklilik və ixtiraçılığınızdan istifadə edirsiniz” – deyə Bezos bildirib.
Uşaqların tərbiyə olunması haqqında:
Jeff və onun həyat yoldaşı övladlarının 4 yaşları olanda onlara iti bıçaqlardan istifadə etməyə icazə vermişdilər. Daha sonra onlar elektrikli əşyalardan istifadəyə icazə verdilər. Əgər onlar özlərinə zərər yetirsəydilər belə, qiymətli təcrübə qazanacaqdılar. Jeff-in sözlərinə görə onun həyat yoldaşı düşünür ki, köməksiz və bacarıqsız olmaq əvəzinə 9 barmağa sahib olmaq ən yaxşısıdır.
Romantik münasibətlər üçün partnyor seçimi haqqında:
Jeff daha ciddi həyat tərzi sürməyə qərar verdiyi bir vaxtda onun dostları qızlarla görüşə kor-koranə getməyi Jef-ə aşılayırdılar. Ona əsl ixtiraçı qadın rast gələndə o anladı ki, gələcək həyat yoldaşını tapıb. “Mənə, həyata həmin bucaq altında baxan və mənimlə eyni tərzdə düşünən biri lazım idi” – deyə Bezos bildirib.
İşi ataraq “Amazon”u qurmaq haqqında:
Bezos Wall Street-də maliyyə sahəsi üçün proqram təminatı hazırlamaqla məşğul idi. Lakin 1994-cü ildə o öz müdirinə internet-mağaza açmaq istədiyini bildirdi. Cavabında isə onun müdiri bildirdi ki, bu yaxşı ideyadır. Lakin bu ideya artıq yaxşı bir işi olan oğlan üçün uyğun deyil. Bir neçə gün düşünəndən sonra Jeff başa düşdü ki, əgər bu işi yerinə yetirməsə, onda özünü heç zaman bağışlamayacaq.
Jeff Bezos olmasaydı başqa kim ola biləcəyi haqqında:
“Süni zəkaya olan marağımı nəzərə alsaq, çox güman ki, mən uğurlu proqramçı olardım. Hərçənd məndən yaxşı barmen də çıxardı. Mən öz kokteyllərimlə fəxr edirəm. Lakin nəzərə alın ki, mən heç də qıvraq biri deyiləm. Mənim barımda mütləq belə bir yazılı lövhəcik olardı: Siz, yaxşı yoxsa tez olmasını istəyirsiniz?” – deyə Bezos bildirib.
Kosmosa səyahət və “Blue Origin” şirkəti haqqında:
“Yer kürəsini xilas etmək üçün biz kosmosa yollanmalıyıq” – deyə Bezos bildirib. Bununla o, tələsməyin vacibliyini qeyd edib. Bununla yanaşı o, Yer kürəsində həyatın var olma şəraitinin qalması üçün ətraf mühit barəsində düşünməyin lazım olduğunu da bildirib. “Biz Günəş sisteminin hər bir planetinə robotlaşdırılmış zondlar göndərdik. Birmənalı şəkildə bizim planetimiz ən yaxşısıdır” – deyə Jeff bildirib.
Kosmik biznes haqqında:
Bu biznesin əsas imkanlarının yaradılması üçün əsas an, xərclərin aşağı salınmasından ibarətdir. “İnternetdə olduğu kimi bu sahədə də çoxlu startapların olması üçün biz maliyyə göstəricilərini aşağı salmalıyıq” – deyə Jeff qeyd edib.
Telefondan asılılıq haqqında:
Mark bildirir ki, təəccüblü səslənsə də onun qardaşı Jeff-in diqqəti çox nadir hallarda telefona yayınır. “Mən dostlarımla və ya ailəmlə nahar edən zaman nə edirəmsə o mənim xoşuma gəlir. Eyni anda bir neçə şeyi etməyi sevirəm. Mən öz elektron poçtumu oxuyanda onu sadəcə olaraq oxumaq istəyirəm. Bu qədər” – deyə Jeff bildirib. Jeff çox tapşırıqlılığa müqaviməti hələ uşaq vaxtlarında sərgiləyib. Məktəbdə o, növbəti tapşırığa keçid etməkdən imtina edirdi və müəllimlər onun diqqətini yeni layihəyə yönləndirmək üçün böyük səylər göstərirdilər.
İş və şəxsi həyat arasında balansın yaradılması haqqında:
“”İş və şəxsi həyat arasındakı harmoniya” cümləsindən xoşum gəlir. Güzəşt hər şeydə lazımdır. Əgər mən işdə və evdə məhsuldaramsa, deməli mən yaxşı ailə başçısıyam. Və əksinə əgər mən evdə xoşbəxtəmsə, mən daha effektiv əməkdaş və müdirəm. Harda olmağınızdan asılı olmayaraq siz enerji və ruh yüksəkliyi saçmalısınız. Məhz onda uğur sizi gözləyir” – deyə Bezos bildirib.
İnnovasiyalar haqqında:
Dünya o qədər qəlizdir ki, öz sahəndə mütəxəssis olmaq lazım gəlir. Lakin təhlükə ondan ibarətdir ki, professional olduğunuz zaman siz öz biliyinizin tələsinə düşə bilərsiniz. Siz bütün olanlara uşağın hər şeyi bilmək həvəsi nöqteyi nəzərdən yanaşmalısınız. Bezos-un sözlərinə görə ixtiraçılar, başlayanların görmə qabiliyyətinə sahib olan mütəxəssislərdir.
Ən əsası haqqında:
Biz hamımız öz həyat hekayələrimizi seçirik. Nəticə etibarilə hər şey bizim bacarıq və istedadlarımızdan deyil, seçimimizdən asılıdır. Siz yalnız öz seçiminizlə fəxr edə bilərsiniz” – deyə Jeff qeyd edib. Siz ya sadəliklərin və komfortun olduğu həyatı, ya da daimi işlərin və macəraların olduğu həyatı seçəcəksiniz. Lakin 80 yaşınız olan zaman çox güman ki, siz daha çox ikinci ilə fəxr edəcəksiniz.