"Amazon"un II rüb üzrə gəliri proqnozları doğrultmadı | Banco.az

"Amazon"un II rüb üzrə gəliri proqnozları doğrultmadı

Tamara Mustafayeva, Banco.az

"Amazon" şirkəti aprel-iyun aylarını əhatə edən ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın e-ticarət nəhəngi "Amazon"un gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 27% artmaqla 113.1 milyard dollara çatsa da, bazar proqnozlarını doğrulda bilməyib. Şirkət ötən il 88.9 milyard dollar xalis satış gəliri əldə etmişdi.

Sözügedən dövrdə əldə olunan bu artıma baxmayaraq proqnozları doğrultmamasının səbəbi isə şirkətin gəlirinin 115.2 milyard dollara çatmasının gözlənilməsi idi.

Qeyd edək ki, "Amazon"un xalis mənfəəti də bu dövrdə 7.8 milyard dollara yüksəlib ki, ötən il həmin göstərici 5.2 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et