“Amazon”un bazar dəyəri 2 trilyon dolları ötüb | Banco.az

“Amazon”un bazar dəyəri 2 trilyon dolları ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” şirkətinin səhmləri dünən təxminən 4 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un səhmləri dünən 3,9 faiz dəyər qazanmaqla 193,61 dollara çatıb.

Bununla da şirkətin bazar dəyəri ilk dəfə 2 trilyon dolları keçərək 2 trilyon 14,8 milyard dollara yüksəlib.

Qeyd edək ki, “Amazon”un səhmləri bu il indiyədək ümumilikdə 27,5 faiz bahalaşıb. Bu göstərici ilə şirkət texnologiya şirkətlərinin əksəriyyət təşkil etdiyi “Nasdaq” indeksini üstələyib. Sözügedən indeks bu il 18 faiz dəyər qazanıb.

Xatırladaq ki, “Amazon” dünyanın ən böyük bazar dəyərinə malik beşinci şirkətidir. Siyahıda ilk dördlük müvafiq olaraq “Microsoft”, “Apple”, “Nvidia” və “Google” şirkətlərinə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et