"Amazon" xalis mənfəətini beş dəfə artırdı | Banco.az

"Amazon" xalis mənfəətini beş dəfə artırdı

Müəllif:Mehin Qasımova/Banco.az

"Amazon" xalis mənfəətini beş dəfə artırıb.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin rüblük gəliri əvvəlki illə müqayisədə 14% artaraq 170 milyard dollara çatıb.

Amazon-un Şimali Amerikadakı onlayn pərakəndə biznesi dördüncü rübdə  13% artaraq  6,5 milyard dollar təşkil edib.

Xaricdəki əməliyyatlardan əməliyyat zərəri 2,2 milyard dollardan 0,4 milyard dollara qədər azalıb, gəlir isə 17% artaraq 40,2 milyard dollar olub.

"Amazon Web Services" (AWS) bulud xidmətinin əməliyyat mənfəəti 5,2 milyard dollardan 7,2 milyard dollara yüksəlib. Gəlir 13% artaraq 24,2 milyard dollara çatıb ki, bu da konsensus proqnozu ilə üst-üstə düşüb.

Şikət reklam biznesi gəlirini 27% artıraraq 14,7 milyard dollara çatdırıb.

Amazon-un  səhm  qiymətləri mənfəətin dərcindən sonra cümə axşamı əlavə ticarətdə 7,1% bahalaşıb. Son üç ayda şirkətin bazar dəyəri 15% artıb (1,6 trilyon dollara qədər), Nasdaq Composite fond indeksi isə bu müddət ərzində 14% dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram