“Amazon” uzaqdan işin ləğvindən narazı olanları işdən çıxarmaqla hədələyib | Banco.az

“Amazon” uzaqdan işin ləğvindən narazı olanları işdən çıxarmaqla hədələyib

Müəllif:Ayşən İmanova/

“Amazon Web Services”in baş direktoru Mett Harman uzaqdan işləyənlərə qarşı sərt mövqe tutaraq onları ya ofise qayıtmağa, ya da işdən çıxmağa çağırıb.

Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Harman vurğulayıb ki, yeni beş günlük ofis işi siyasətini bəyənməyənlər üçün uzaqdan iş təklif edən başqa şirkətlər də var.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Amazon”un baş direktoru Endi Cessi daha əvvəl bildirmişdi ki, 2025-ci ildən etibarən şirkət işçilərindən ofisdə tam iş günü işləmək tələb olunacaq.

Qeyd edək ki, böyük texnologiya şirkətləri uzaqdan və hibrid işlərdən fəal şəkildə imtina edirlər. Bu tendensiya oyun sənayesində də müşahidə olunur. Məsələn, jurnalist Tom Hendersonun sözlərinə görə, “Ubisoft Milan”ın bir neçə əməkdaşı həftədə ən azı üç gün ofisdə işləmək tələbi ilə əlaqədar şirkətdən ayrılıb. Buna səbəb işçilərin Milanda yaşamağa imkanının olmamasıdır, çünki bura çox bahadır.