Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” Corciya ştatında süni intellekt infrastrukturu üçün 11 milyard dollar sərmayə qoyacaq.
Banco.az xəbər verir ki, “Amazon” şirkəti bulud bölməsi “Amazon Web Services”in (AWS) süni intellekt infrastrukturunu genişləndirmək üçün ABŞ-ın Corciya ştatında 11 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını bildirib.
E-ticarət nəhənginin açıqlamasında Corciyanın texnologiya mərkəzi kimi yüksəlişini davam etdirdiyi vurğulanıb.
AWS-nin bulud hesablama və süni intellekt texnologiyalarını dəstəkləmək məqsədilə Corciyadakı infrastrukturunu genişləndirmək üçün 11 milyard dollar sərmayə yatırmağı planlaşdırdığı qeyd olunan açıqlamada bu sərmayənin ən azı 550 yeni yüksək ixtisaslı iş yerləri yaradacağı gözlənilir.
Açıqlamada məhsuldar süni intellektin inkişaf etmiş bulud infrastrukturu və emal gücünə olan tələbatı artırdığına diqqət çəkilərək, AWS-nin sərmayələrinin Corciyadakı məlumat mərkəzlərində süni intellektin gələcəyini dəstəkləyəcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!