"Amazon" satışlarını artırdığını açıqlayıb | Banco.az

"Amazon" satışlarını artırdığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi “Amazon”da satışlar bu ilin I rübündə keçən ilin eyni dövrünə görə 9 faiz artıb.

Banco.az xəbər verir ki, “Amazon” şirkəti yanvar-mart dövrü üzrə balans hesabatını dərc edib.

Hesabata görə müəyyən olub ki, şirkətin 2023-cü  ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrünə nəzərən təxminən 9 faiz artaraq 127,4 milyard dollara çatıb. 2022-ci ilin eyni rübündə şirkətin xalis satış gəliri 116,4 milyard dollar olaraq qeydə alınmışdı.

E-ticarət nəhənginin xalis mənfəəti isə I rübdə 3,2 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 3,8 milyard dollar zərərə uğradığını elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

“Amazon”un səhmbaşına xalis mənfəəti bu ilin birinci rübündə 31 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə isə şirkət hər bir səhmə görə 38 sent zərər vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et